Cavid Qurbanov prezidentin sərəncamından danışdı

cavid-qurbanov-prezidentin-serencamindan-danisdi
Oxunma sayı: 5390

“Qafqazinfo” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov “Yeni Müsavat”a müsahibəsində deyib. Nəqliyyat naziri postuna təyin olunacağı ilə bağlı yayılan xəbərlərə “Bunlar ara sözləridir” deyə münasibət bildirən C. Qurbanov bu haqda məlumatsız olduğunu qeyd edib: “Xahiş edirəm, belə şeylərə fikir verməyin. Vəzifəyə təyin edən, vəzifədən çıxaran ölkə başçısıdır. Bu işlər onun müstəsna səlahiyyətidir. Qərarları cənab prezident verir. Bilmirəm qəzetdə kim nə yazır, vallah mənim bu işlərdən xəbərim yoxdu. İnanın səmimiyyətimə, heç o haqda fikirləşmirəm. Dövlətin başçısı mənə kifayət qədər ciddi iş tapşırıb, üzərimə məsuliyyət qoyub. Mən bu an o işləri yüksək səviyyədə görüb, ortaya ciddi nəticələr qoymaq haqda düşünürəm”.

Nəqliyyat sahəsi ilə bağlı son sərəncamların Ziya Məmmədovun vurulması kimi şərh olunması haqda suala C. Qurbanov belə cavab verib: “Doğru yanaşma deyil. Nazirlik təsərrüfat işi ilə yox, dövlət siyasəti ilə məşğul olmalıdır. Dəmir yolu da təsərrüfat qurumudur. Yəqin cənab prezident də fikirləşir ki, təsərrüfatla təsərrüfat qurumları məşğul olsun. Nazirlik də dövlət siyasətində iştirak etsin, konsepsiyasını hazırlayıb təqdim etsin. Yolçu getsin yolunu tiksin, dəmiryolçu öz işini görsün, dənizçi dənizçiliyini etsin”.