Cəlilabadda ev yanıb kül oldu - Video

celilabadda-ev-yanib-kul-oldu
Oxunma sayı: 463

Cəlilabad rayonunda ev yanıb. 

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Dələli kəndində qeydə alınıb.

Belə ki, rayon sakini Qədir Qürbətova məxsus birmərtəbəli fərdi yaşayış evində yanğın baş verib. Hadisə yerinə FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və yanğın söndürülüb.

Hadisə nəticəsində evə dəyən ziyanın həcmi və yanğının başvermə səbəbləri araşdırılır.

Surxay Şahbazov