Cəlilabaddakı yanğında iki qardaş xəsarət aldı

celilabaddaki-yanginda-iki-qardas-xesaret-aldi
Oxunma sayı: 1694

Cəlilabad rayonunda mənzildə yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Buravar kəndində qeydə alınıb.

Yanğın zamanı 1991-ci il təvəllüdlü Tacəddin Cəfərov və qardaşı 1993-cü il təvəllüdlü Saməddin Cəfərov yanığ xəsarəti alıb.

Xəsarət alan qardaşlar rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov