Cənubi Afrikanın paytaxtı Pretoriyada bir hotelin barına üç silahlı şəxsin hücumu nəticəsində 11 nəfər ölüb, 25 nəfər yaralanıb.
“Qafqazinfo”nun xarici KİV-ə istinadən xəbərinə görə, hadisə Pretoriyadan 18 kilometr qərbdə yerləşən Solsfild qəsəbəsində baş verib.
Ölənlər arasında iki uşaq və bir gənc də var.
Hücumun səbəbləri hələ məlum deyil, şübhəlilər isə saxlanmayıb.
Polisin açıqlamasına görə, bu ilin aprel-sentyabr ayları ərzində silahlı zorakılıq nəticəsində gündə orta hesabla 63 nəfər həyatını itirib.
Son xəbərlər
Son Xəbərlər