Bakıda gənc rəssam 2003-cü il təvəllüdlü Gülarə Ağa qızı Mehdiyevanın ögey qardaşı tərəfindən qətlə yetirilməsi hadisəsinin bəzi təfərrüatları üzə çıxıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisədən sonra polis əməkdaşları tərəfindən saxlanılan 2008-ci il təvəllüdlü A.Mehdiyev cinayəti qısqanclıq zəminində törətdiyini iddia edib.
Məlum olub ki, Gülarə ilə Ayxan ata bir, ana ayrı ögey bacı-qardaşdır. Onlar Binəqədi rayonu 9-cu mikrorayon Həmzə Babaşov küçəsindəki evdə yaşayıblar.
Hadisə isə noyabrın 16-sı saat 14:30 radələrində evin mətbəx otağında baş verib. 18 yaşlı oğlan bıçaqla bacısına hücum edərək 3 ağır zərbə endirib. Gülarənin səsinə qonşular gələrək dərhal təcili tbbi yardım çağırıblar. Xəstəxanaya çatdırılsa da, 23 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
***
Oxu.Az-ın məlumatına görə, 2003-cü il təvəllüdlü Gülarə 3 yaşında olarkən, yəni 2006-cı ildə valideynləri ayrılıb və və azyaşlı qız atasının himayəsində qalıb.
Onun atası Ağa Mehdiyev 2007-ci ildə başqa bir xanımla ailə həyatı qurub və onların birgə nikahdan 4 övladı dünyaya gəlib. Həmin qadından ilk övladı 2008-ci il təvəllüdlü Ayxan Mehdiyevdir. Ailənin 4-cü uşağı isə azyaşlıdır və ağır yataq xəstəsidir. Ağa Mehdiyevin ikinci həyat yoldaşı Gülarəni də öz övladı kimi qəbul edib və 5 uşağı böyüdüb.
Hadisə noyabrın 16-sı günorta saatlarında paytaxtın Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsi 11-a ünvanında yerləşən binanın 1 saylı mənzildə - ailənin məskunlaşdığı evdə baş verib. Hadisə vaxtı ata və ana evdə olmasalar da, övladları mənzildə olublar.




Son xəbərlər
Son Xəbərlər