Fuad Muradovun müavinlərinin sayı artırıldı - Fərman

fuad-muradovun-muavinlerinin-sayi-artirildi
Oxunma sayı: 1076

“Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Komitə sədri Fuad Muradovun müavinlərinin sayı 2-dən 3-ə çatdırılıb.

Belə ki, sədrin 1-ci müavini ilə birlikdə isə müavinlərin sayı 3-dən 4-ə çatıb.