Respublika Fənn Olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesi 19 noyabr saat 12:00-dək davam edəcək.
“Qafqazinfo” xəbər verir ki, iştirakçılar https://portal.edu.az/ platformasına daxil olaraq, “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətlərdən faydalana bilərlər.
VIII–XI sinif şagirdlərinin iştirak etdiyi Respublika Fənn Olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix olmaqla 8 fənn üzrə təşkil olunur.
Son xəbərlər
Son Xəbərlər