Hollivud ulduzu Leonardo Di Kaprionun 52 yaşının tamam olması münasibətilə təşkil etdiyi ad günü məclisi maraqlı məqamlarla yadda qalıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, özəl malikanələrin birində baş tutan ziyafətə Hollivudun tanınmış simaları qatılıb.
Məclisdə Al Paçino, Tobi Maquayr, Edrien Broudi, Cona Hill, Keysi Afflek, Orlando Blum, 50 Cent, Kara Delevin və Kanadanın sabiq Baş naziri Castin Trüdo kimi məşhurlar yer alıb.
Lakin gecənin ən çox müzakirə olunan detalı məkanın qarşısına ağ rəngli avtobusla gətirilən çoxsaylı gənc qadınlar olub. Onların məşhur aktyorlarla birlikdə içəri daxil olduğu anlar paparazilərin obyektivinə tuş gəlib.
Ziyafətdə iştirak edən məşhur reper 50 Cent isə gecənin pərdəarxası məqamları barədə “Instagram” hesabında paylaşım edib. O, tədbirdən fotoları paylaşaraq “Məclisə dəvət olunmamışdın, lənət olsun. Bu nə deməkdir? Leonun məclisi dəhşətli dərəcədə çılğın idi” sözlərini yazıb.
Xatırladaq ki, Leonardo Di Kaprio uzun illərdir yalnız 25 yaşdan kiçik qadınlarla münasibət qurması barədə iddialarla gündəmə gəlir. Aktyor 2023-cü ildən etibarən 28 yaşlı italiyalı model Vittoriya Çeretti ilə sevgilidir.






Son xəbərlər
Son Xəbərlər