Su İdmanı Federasiyasının idmançıları Türkiyədə birinci oldu - Fotolar

su-idmani-federasiyasinin-idmancilari-turkiyede-birinci-oldu
Oxunma sayı: 88

14-15 noyabr tarixlərində Türkiyənin Adana şəhərində beynəlxalq surfkastinq (sahildən balıq ovu) yarışı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, turnirdə Azərbaycan Su İdmanı Federasiyasını “BAKI” Balıqçılar Klubunun idmançıları Çingiz Qəniyev və Azər Əliyev təmsil ediblər.

Təmsilçilərimiz ümumilikdə 17 balıq tutaraq 502 xal toplayıblar.

Onlar bu nəticə ilə birinci yerə layiq görülüblər. Komandamız, həmçinin “Ən böyük balıq” mükafatına da sahib olub.