İctimai iaşə fəaliyyəti göstərən vergi ödəyicilərinə yeni güzəşt tətbiq olunacaq.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, sonradan dövriyyəsinin 200 min manatdan yuxarı olması müəyyən edilən ictimai iaşə fəaliyyəti göstərən vergi ödəyicilərinin 10 günlük müddətə görə bu hüquqdan istifadə edə bilməməsi hallarında onların 8 faiz dərəcə üzrə sadələşdirilmiş verginin tədiyyəçisi kimi fəaliyyətinə şərait yaradılması, ikili fəaliyyət zamanı gəlir və xərclərin ayrılıqda uçotu aparıldığı təqdirdə sadələşdirilmiş vergi ödəyicisi hüququnun saxlanılması təklif olunur.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər