Milli Məclisin bu gün keçirilən iclasında deputatlar arasında çıxış etməklə bağlı fikir-ayrılığı yaranıb.
“Qafqazinfo” xəbər verir ki, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanun layihəsinin müzakirəsiz səsə qoyulmasını təklif edib və təklif səsə qoyularaq qəbul edilib.
Zahid Oruc bildirib ki, ekranda adı olan həmkarlar etiraz etməsələr, qanun layihəsini müzakirəsiz qəbul edib, ikinci oxunuşda ayrı təklifləri vermək olar.
Lakin deputat Hikmət Məmmədov çıxış üçün sədrdən söz istəyib: “Doğrusu, çıxış siyahısında adını birinci görməyə alışan dostlarımız, adlarını birinci görməyəndə narahat olur və stres keçirirlər. Məncə, bu doğru deyil. Sizə deyirəm, Zahid müəllim!”
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər