Antalyaya uçan Rusiya təyyarəsində bomba təhlükəsi xəbərdarlığı edildi

antalyaya-ucan-rusiya-teyyaresinde-bomba-tehlukesi-xeberdarligi-edildi
Oxunma sayı: 127

Rusiyanın Mineralnıye Vodı şəhərindən Antalyaya uçan “Azimuth Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsində bomba təhlükəsi barədə məlumat verilib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə “Sukhoi Superjet 100” tipli təyyarə Türkiyə səmasında olarkən baş verib. 

Bildirilib ki, məsələ barədə məlumat daxil olduqdan sonra Türkiyənin təhlükəsizlik xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib. 

Göyərtəsində 65 sərnişin və 4 ekipaj üzvü olan təyyarə nəzarət altında Antalya aeroportunda yerə enib. Təhlükəsiz əraziyə aparılan təyyarədən sərnişinlər və heyət üzvləri təxliyə edilib. 

Hazırda təyyarədə yoxlamalar aparılır.