“Cənubi Qafqazda sülhün təmin edilməsi dünya üçün də önəmlidir”

cenubi-qafqazda-sulhun-temin-edilmesi-dunya-ucun-de-onemlidir
Oxunma sayı: 687

“Sonuncu üçtərəfli görüşdən sonra ötən 4 ildə beynəlxalq aləmdə böyük böhranlara şahid olduq. Bundan əlavə, sevindiricidir ki, Azərbaycan 30 illik işğalın ardından ərazi bütövlüyünü təmin etdi. Hər üç ölkə arasında enerji sahəsində əməkdaşlıqlar barədə müzakirələr apardıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.

H.Fidan bildirib ki, Cənubi Qafqazda sülhün təmin edilməsi təkcə bölgə deyil, dünya üçün də önəmlidir.