Ceyhun Bayramov Litvaya getdi

ceyhun-bayramov-litvaya-getdi
Oxunma sayı: 1144

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Litvaya rəsmi səfəri başlayıb.

“Qafqazinfo” XİN-ə istinadən xəbər verir ki, səfər çərçivəsində, nazir Ceyhun Bayramovun Litvanın dövlət rəsmiləri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasına həmsədrlik etməsi nəzərdə tutulub.