Çimməyi sevmirlər, televizora baxmırlar - Dünya bu insanlardan danışır

cimmeyi-sevmirler-televizora-baxmirlar
Oxunma sayı: 14690

Avropadan Rusiyaya, Rusiyadan Kanada, ordan da Almaniya və bir çox ölkəyə köç edən mennonitlər hazırda Meksika, Paraqvay, Boliviya və başqa ölkələrdə məskunlaşıb. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, texnologiyanı sevməyən bu xalq əsrlər boyunca sahib olduqları fərqli yaşam tərzini itirməmək üçün ölkədən ölkəyə köç edirlər. Fotoqraf Jordi Ruiz Cireranın Bolivyada yaşayan mennonitlərin gizli həyatından hazırladığı foto-reportaj tez bir zamanda onları dünya mediasında məşhur edib. Bu zamanda texnologiyadan uzaq olan mennonitlər geymlərini də özləri istehsal edir. Yuyunmağı elə də sevməyən bu xalq əsrlər boyunca dəyişməyən qayda-qanunları ilə yaşamağa çalışır. Özünə xas həyat tərzi olan bu qədim xalq nə qədər qəbul etməsə də, qatı dindardır. Yalnız onların cənnətə gedəcəyini iddia edir, nə həkim, nə də ki müəllim görmək istəmirlər.

Mennonitlərlə 4 gün birlikdə olan “ekşi sözlük” istifadəçisi onların qonaqpərvər olduqlarını deyib: “Pensilvaniyada 4 gün onların qonağı oldum. Kökləri almandır və dinlərinə çox bağlıdırlar. Çoxunun evində televizor yoxdur, ancaq kompüteri olanlar da var. Çox ailə uşağına evdə dərs verməyi üstün tutur. Buna ev məktəbi deyirlər. Ancaq bu məktəb bizim öyrəşdiyimiz modern məktəblərdən çox fərqlənir”. 

Tədqiqatçıların dediyinə görə, bu məzhəbə bağlı 1,5 milyon insan var.

Günel Hacı