Çində dəhşətli yanğın - 28 ölü+Video

cinde-dehsetli-yangin
Oxunma sayı: 378

Çində Fucien əyalətinin Cinjiang şəhərində ayaqqabı fabrikində ayaqqabı istehsalı müəssisəsində yanğın baş verib.

“Qafqazinfo” yerli KİV-ə istinadən xəbər verir  ki, hadisə zamanı 28 nəfər həlak olub.

Məlumata görə, yanğın fabrikin istehsal sahəsində başlayıb. Dəhşətli yanğın zamanı yaxınlıqdakı binalarda da sakinlər köməksiz vəziyyətdə qalıblar.

20-yə yaxın şəxs tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə çoxsaylı yanğınsöndürən və xilasetmə briqadaları cəlb olunub.

Yanğının başvermə səbəbi araşdırılır.