Xəbər verdiyimiz kimi, Xalq yazıçısı Çingiz Abdullayevin vəziyyəti pisləşib.
“Qafqazinfo” onun səhhəti ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyinə sorğu ünvanlayıb.
Qurumun mətbuat katibi Xəyal Rza saytımıza bildirib ki, hazırda yazıçının vəziyyəti yaxşıdır: “Hazırda Çingiz müəllim yaxşıdır. Hələ ki evə buraxılmayıb”.
X.Rza Çingiz Abdullayevin gələn həftə işə çıxacağını da əlavə edib.
Qeyd edək ki, Çingiz Abdullayev Mərkəzi Gömrük Xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilmişdi. Yazıçının 4 gün öncə zəhərləndiyinə görə xəstəxanaya aparılıb, sonra evə buraxıldığı, ötən gün isə halının yenidən pisləşdiyi bildirilirdi.