ÇL-in finalı olan şəhərdə Nərimanın forması sərgiləndi - Foto

cl-in-finali-olan-seherde-nerimanin-formasi-sergilendi
Oxunma sayı: 760

Çempionlar Liqasının finalının keçiriləcəyi Budapeşt bu mövsüm qrup mərhələsində iştirak edən bütün komandaların formaları şəhərin müxtəlif nöqtələrində nümayiş etdirilir.

“Qafqazinfo” xəbər verir ki, diqqətçəkən məqam isə Azərbaycan təmsilçisi “Qarabağ”dan seçilən Nəriman Axundzadənin forması olub.

Məhz Nərimanın formasının sərgilənməsi maraqla qarşılanıb və müzakirələrə səbəb olub.

Qeyd edək ki, Nəriman Axundzadə indi karyerasını ABŞ-nin “Kolumbus-Kru” klubunda davam etdirir.