Çoban iti 83 yaşlı kişini parçalayaraq öldürdü

coban-iti-83-yasli-kisini-parcalayaraq-oldurdu
Oxunma sayı: 4236

Balakəndə çoban iti 83 yaşlı kişini parçalayaraq öldürüb.

“Qafqazinfo”nun  məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Mahamalar kəndində baş verib. 

Belə ki, kənd sakini, 1942-ci il təvəllüdlü Məhəmməd Atayev kəndlərinin yaxınlığında yerləşən fermanın qarşısından keçərkən, fermada nəzarətsiz qalan çoban iti ona hücum edib.

Ağır xəsarətlər alan 83 yaşlı kişi hadisə yerində ölüb. 

Mübariz Muradov