Rusiyanın Omsk və Qazaxıstanın Pavlodar bölgələrini birləşdirən avtomobil yolunda külək sürücülər üçün çətin anlar yaşadıb.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, güclü külək maşınları yoldan çıxarıb, insanlar isə ayaq üstə hərəkət etməkdə çətinlik yaşayıb.
Hadisənin görüntüləri isə sosial şəbəkələrdə paylaşılıb. Bildirilir ki, bəzi yerlərdə küləyin sürəti saniyədə 22 metrə çatıb.