Daha 3 marşrut xəttində ödəniş “BakıKart”la olacaq

daha-3-marsrut-xettinde-odenis-bakikartla-olacaq
Oxunma sayı: 3818

30 dekabr tarixindən etibarən daha bir neçə marşrut xətti nağdsız ödənişə keçir.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Pirşağı qəsəbəsi ilə əlaqələndirən 173A və 173B nömərli şəhərətrafı, eləcə də Sabunçu və Yeni Günəşli qəsəbələrini əlaqələndirən 55 nömrəli şəhərdaxili müntəzəm marşrutlar nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.