“Deyirəm, mənim peykim mənim gözlərimdir”

deyirem-menim-peykim-menim-gozlerimdir
Oxunma sayı: 2925

“Bizi ittiham edirlər ki, Ermənistana hücum etmək istəyirik. Bunu tam səmimiyyətlə deyirəm, istəsəydik, girərdik. İstisu şəhəri gözümüzün qabağında idi. Kim idi bizi saxlayan? Bizim niyyətimiz sərhədimizi mühafizə etmək idi. Elə təpələr bizim əlimizdə olmalıydı ki, ermənilərin planlarını gözümüzlə görək”.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində deyib.

“Bu mövzu ilə bağlı bir qərbli qonağımla söhbət əsnasında mənə dedi ki, axı sizin peykiniz var. Peykdən də görə bilərsiniz. Deyirəm, mənim peykim mənim gözlərimdir. Mən gözlərimlə görməliyəm (gülür) – dövlət başçısı əlavə edib.