Dostunun dodaqlarını tikdi

dostunun-dodaqlarini-tikdi
Oxunma sayı: 311

Yaponiyanın İbaraki prefekturasında 49 yaşlı qadın birlikdə yaşadığı otaq yoldaşının dodaqlarını iynə və sapla tikib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Masae Sakurai adlı qadının hücumuna məruz qalan zərərçəkmiş şəxs evdən qaçaraq yaxınlıqdakı mağazalardan birinə sığınıb.

Dodaqlarındakı xəsarətlər səbəbindən danışmaqda çətinlik çəkən qadın ətrafdakılardan əlindəki qeyd vasitəsilə kömək istəyib.

Məlumata görə, zərərçəkmiş Sakurainin evdə olmadığı vaxt fürsətdən istifadə edərək mənzildən qaça bilib.

Hadisədən sonra polis Masae Sakuraini saxlayıb.

Hücumun motivi və hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.