Döyülən hakim derbi matçına təyinat aldı

doyulen-hakim-derbi-matcina-teyinat-aldi
Oxunma sayı: 1391

Türkiyə Superliqasının 28-ci turu çərçivəsində martın 3-ü keçiriləcək “Beşiktaş” “Qalatasaray” derbisini baş hakim Halil Umut Meler idarə edəcək.

“Qafqazinfo” xəbər verir ki, ötən il dekabrın 11-də keçirilən “Ankaragücü” - “Çaykur Rizespor” (1:1) matçında döyülərək xəstəxanaya yerləşdirilən referi 3 ay sonra yaşıl meydanlara qayıdacaq.

O, İstanbul derbisində fit sahibi olacaq.

Qeyd edək ki, Halil Umut Melerin ötən il baş tutan “Ankaragücü” - “Çaykur Rizespor” (1:1) matçında verdiyi qərarlardan narazı qalan meydan sahiblərinin prezidenti Faruk Koca referini yumruqla vurmuşdu. Hakim aldığı xəsarətlərdən sonra xəstəxanaya yerləşdirilmişdi. Faruk Koca isə “Ankaragücü”nün prezidenti postundan istefa vermişdi.