Dünya universitetləri Bakıda!

dunya-universitetleri-bakida
Oxunma sayı: 1699

Dekabrın 9-u CELT Xaricdə Təhsil Sərgisi keçiriləcək.

“Qafqazinfo”nun məlumatına görə, sərgidə Avropa, ABŞ və Türkiyənin ən öndə gedən universitetləri və qəbul şöbələrinin nümayəndələri iştirak edəcək.  

Dünya universitetlərinin nümayəndələri ilə görüşərək xaricdə bakalavr və magistratura dərəcələri, diplom və sertifikat proqramları, “Foundation” proqramları, distant təhsil, xaricdə dil kursları və yay məktəbləri barədə ətraflı məlumat ala bilərsiniz. 

Sərgidə ilk dəfə olaraq Sənədlərini gətir, qəbulunu al” layihəsi həyata keçiriləcək. 

Ən yaxşı universitetlərlə tanış olmaq və xaricdə təhsilinizi planlaşdırmağa başlamaq üçün bu fürsəti qaçırmayın! 

Sərgidə iştirak etmək üçün bu linkdən qeydiyyatdan keçmək tələb olunur. Sərgiyə giriş ödənişsizdir!

Tarix: 9 dekabr, 2023

Saat: 11:00-17:00

Məkan: Hilton Baku

Ətraflı məlumat üçün: +99455 503 59 39