Əgər siz azərbaycanlısınızsa...

eger-siz-azerbaycanlisinizsa
Oxunma sayı: 5927


BuzzFeddin fikrincə, əgər sən Azərbaycanda doğulub böyümüsənsə mütləq bunları edirsən:

1. Keçirilən hər balaca tədbirdən professional foto-çəkiliş 

2. Egər sənin şəxsi maşının varsa, 100% o maşınla ya "Azneft dairəsi"ndə, ya da Dağüstü parkda 76386 şəklin var

3. Əgər həyat yoldaşın instagram işlətməyə qoymayıb istifadəçi adında bütün ailə üzvlərinin adının yazılmasına razı olursa, bunun özü artıq fərqlilikdir

4. Evinizə gələn qonaq dəfələrlə tox olduğunu desə belə fərq etməz. O, mütləq sizin bişirdiniz hər şeyi yeməlidir

5. İnsanlara dəqiq ünvan vermirsən. Sadəcə qonağından sənin sürücünü məlum yerdə(dayanacaq, mağaza) qarşılamağını istəyirsən

6. Yaxşı universitetə qəbul olmaq üçün çoxlu pul xərcləyirsən, sonra da bir o qədər pulun oxumamaq üçün gedir

7. Qızların ən azı bir belə şəkli var

...oğlanların da belə

8. Bir oğlanın sizdən xoşu gələrsə, o düz iki ay universitetin qarşısında maşını ilə gözləməlidir. Ta ki, sizinlə danışmağa nail olana qədər

9. Əgər toy stolunda azacıq bir yer boşdursa, deməli sizin toyunuz bərbaddır və qonaqlar acından ölür

10. Siz ATM-də heç vaxt tək ola bilməzsiniz. İnsanlar düz sizin arxanızda duracaq və mütləq nə etdiyinizi bilmək üçün ekrana baxacaq

11. Sizin kimləsə münasibətiniz varsa, siz ondan evlilik təklifi gözləmirsiz. O, onsuz da sizinlə evlənməlidir. Yoxsa siz onunla niyə birlikdə olasız

12. Əgər siz gözəl görünürsünüzsə, küçədə sizə baxan oğlanların üzü bu hal alacaq

13. Getdiyin hər hansı bir kafedə və yaxud restoranda stolun üstündə bu iki əşyanı mütləq tez-tez görəcəksən

Yazının altına şərh verən azərbaycanlılar da bir çox bəndin doğru olduğunu, bu kimi yumorist qınaqlardan çəkinmək əvəzinə nəsə bir nəticə çıxarmağın vacibliyini bildirib. 

Günel Hacı