“Əl-Nəsr”dən gedir

el-nesrden-gedir
Oxunma sayı: 436

“Əl-Nəsr”in baş məşqçisi Jorje Jezuş mövsümün sonunda komandadan ayrılır. 

“Qafqazinfo” “A Bola” nəşrinə istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssis bu barədə artıq klub rəhbərliyini məlumatlandırıb. 

Mənbənin yazdığına görə, Jezuş Səudiyyə Ərəbistanındakı işini başa vurmaq və karyerasını başqa ölkədə davam etdirmək niyyətindədir.

Qeyd edək ki, J. Jezuş ötən ildən bəri “Əl-Nəsr”i çalışdırır.