Məşhur “Aşk-ı Memnu” serialında “Arsen” obrazını canlandıran tanınmış aktrisa Gülsen Tuncer 81 yaşında vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Qeyd edək ki, Gülsen Tuncer 1945-ci ildə Adanada anadan olub. İstanbul Bələdiyyə Konservatoriyasının Teatr fakültəsini bitirən aktrisa peşəkar karyerasına 1968-ci ildə “Gülriz Sururi-Engin Cezzar” Teatrında “Zilli Zarife” tamaşası ilə başlayıb.
Teatrdan əlavə kino və televiziya sahəsində bir çox layihələrdə yer alan Tuncer 40-a yaxın filmdə rejissor köməkçisi və assistenti kimi çalışıb. O, geniş tamaşaçılara məhz “Aşk-ı Memnu” serialındakı “Arsen xanım” obrazı ilə tanınıb.
Həmçinin, sənətçi “Soğuktu ve Yağmur Çiseliyordu” (1991) və “Bir Tren Yolculuğu” (1988) kimi filmlərdəki rollarına görə müxtəlif festivallarda “Ən yaxşı ikinci plan qadın rolu” mükafatlarına layiq görülüb.
Son xəbərlər
Son Xəbərlər