“Elçin mənim belimi qırdı” - Abid Şərifov - Video

elcin-menim-belimi-qirdi
Oxunma sayı: 27459

“Hər kəs çətinliyi fərqli şəkildə yaşayır. Elçin mənim belimi qırdı. Allah heç kəsə bala dərdi göstərməsin”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Baş nazirin sabiq müavini Abid Şərifov ASAN TV-yə müsahibəsində deyib.

O, mərhum oğlunun xəstəliyinin səbəblərini açıqlayıb: “İlk dəfə sol qıçında problem başladı. Yavaş-yavaş bütün bədənə yayıldı. 1997-ci ildə onu 1 aylıq ABŞ-yə apardım. Mənə rəhmətlik Natiq Əliyev kömək etmişdi. Onlar dedilər ki, bunun müalicəsi yoxdur. Müalicə üçün Almaniyaya, İngiltərəyə və İsrailə də apardıq, ancaq düzəlmədi. Dedilər ki, bu xəstəliyin səbəbi stres və qorxu ola bilər. 25 ilə yaxın onu müalicə etdirdik. Qismətimiz belə imiş. Allah heç kimə, heç düşmənimə də bala dərdi göstərməsin. Övlad dərdi çətin məsələdir”.

Qeyd edək ki, Elçin Şərifov ötən il vəfat edibO, uzun illər əvvəl iflic olmuşdu.