Elektrikli skuterlərin təhlükəsiz park edilməsi qaydaları

elektrikli-skuterlerin-tehlukesiz-park-edilmesi-qaydalari
Oxunma sayı: 1069

Bakı təkcə yaşadığımız və işlədiyimiz şəhər deyil, həm də gələcək nəsillər üçün saxlamaq istədiyimiz yerdir. Elektrikli skuterlərlə şəhərimizdə gəzmək daha asan və ekoloji cəhətdən təmiz olur, lakin hər kəsin rahatlığını qorumaq üçün təhlükəsiz parkinq qaydalarına riayət etmək lazımdır. Bakı şəhəri ilə birlikdə Bolt şirkəti elektrikli skuterləri düzgün və məsuliyyətlə park etmək vərdişini formalaşdırmağı özü üçün hədəf qoyur.

Düzgün parkinq niyə vacibdir?

Bakı zəngin tarixə və unikal memarlığa malik olan şəhərdir. Düzgün parkinq bizə küçələrimizin gözəlliyini və harmoniyasını onların görünüşünü pozmadan qoruyub saxlamağa, həmçinin piyadaların və digər nəqliyyat vasitələrinin rahatlığını təmin etməyə kömək edir.

Yanlış park edilmiş skuterlər həm piyadalar, həm də digər yol istifadəçiləri üçün təhlükəli vəziyyətlər yaradır. Məsuliyyətli parkinq öz növbəsində hər kəs üçün təhlükəsizliyi təmin edir.

Səkilərin və avtobus dayanacaqlarının mümkün qarışıqlığı nəqliyyatın hərəkətinə mane ola bilər. Düzgün parkinq küçələrdə asayişin qorunmasına kömək edir. Bu, xaosun qarşısını almağa və hər kəs üçün xoş bir atmosfer yaratmağa kömək edir.

Bolt şirkəti elektrikli skuterlərin təhlükəsiz park edilməsi üçün əsas qaydaları işləyib hazırlayıb:

-Elektrikli skuterlə səfərinizin sonunda onu düzgün park etdiyinizə əmin olun. Elektrikli skuterləri velosiped dayaqlarının yanında və ya təyin olunmuş yerlərdə park edin. Bu, küçələrdə qarışıqlığın və başqaların narahatlığının qarşısını alacaq.

-Skuteri piyadaların və digər hərəkət iştirakçılarının hərəkətinə mane ola biləcəyi yerlərdə park etməkdən çəkinin. Səkilərdə və piyada zolaqlarında park etməyin. Nəqliyyatın hərəkətinə mane olmamaq üçün əlinizdən gələni edin.

-Elektrikli skuterinizi park edərkən onu digər skuterlərin yanında saxlamağa çalışın. Bu, yerə qənaət etməyə və nizam yaratmağa kömək edir.

-Parkinqdən sonra skuterin təsadüfi hərəkətinin qarşısını almaq üçün həmişə skuter dayağından istifadə edin.

Skuterdən istifadə qaydalarının tam siyahısı ilə bu linkdə tanış ola bilərsiniz:

Pis park edilmiş Bolt elektrikli skuterini görsəniz, nə etməlisiniz?

Bütün yol istifadəçilərinin təhlükəsizliyi Bolt-un əsas prioritetidir. Buna görə də Bolt şəhərlərə mikromobillik mədəniyyətini inkişaf etdirməyə kömək etməklə yanaşı, bəzən mikromobilliyin artması ilə ortaya çıxan bəzi problemləri də həll edir. Yanlış park edilmiş elektrikli skuterlər belə problemlərdən biridir.

Bütün istifadəçilər tətbiqdaxili dəstək xidməti vasitəsilə şirkətlə əlaqə saxlaya bilər. Bolt işçiləri həmişə bütün mesajlara cavab verirlər. İstifadəçi rəyləri sayəsində şirkət səfəri qeyd edə və təhlükəsizlik qaydalarına məhəl qoymayan istifadəçilər üçün xidmətə girişi məhdudlaşdıra bilir.

Bolt tətbiqi vasitəsilə problem barədə məlumat vermək üçün ekranın aşağı sol küncündə nida işarəsi olan üçbucağın üzərinə klikləməli və bildirmək istədiyiniz problemi seçməlisiniz: bu, hər hansı insident, yaxud yanlış park edilmiş skuterlə bağlı ola bilər.

Elektrikli skuterləri park etmək çətin deyil – bu, sadəcə vərdiş məsələsidir. Sadə qaydalara riayət etməklə biz şəhərimizi bütün sakinlər və qonaqlar üçün daha təhlükəsiz və xoş məkana çevirə bilərik. Bolt bütün elektrikli skuter istifadəçilərini küçələrimizin asayişini və gözəlliyini birlikdə qorumaq üçün məsuliyyətli parkinqə çağırır.