Ərdoğan 12 ildən sonra ilk dəfə Misirdə - Video - Yenilənib

erdogan-12-ilden-sonra-ilk-defe-misirde
Oxunma sayı: 5244

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün 12 ildən sonra ilk dəfə Misirə rəsmi səfərə gedir. 

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan səfəri çərçivəsində misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə danışıqlar keçirəcək.

Görüş zamanı iki ölkə arasında münasibətlərlə yanaşı, İsrail-Fələstin qarşıdurması və regional məsələlər müzakirə ediləcək.

Xatırladaq ki, Türkiyə ilə Misir arasında münasibətlər 2013-cü ildə hərbçilər tərəfindən islamçı Məhəmməd Mursinin devrilməsindən sonra pisləşib, bundan sonra tərəflər öz səfirlərini geri çağırıblar. 2021-ci ilin mart ayında Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu Ankara ilə Qahirə arasında əlaqələrin diplomatik səviyyədə bərpa olunduğunu bəyan edib.

***

Ərdoğan Misirə yola düşüb. 

***

Ərdoğanın Misirə rəsmi səfəri başlayıb. Onu Qahirə hava limanında həmkarı Əbdülfəttah əs-Sisi qarşılayıb.

Türkiyə liderini bu səfərdə həyat yoldaşı Əminə Ərdoğan, XİN rəhbəri Hakan Fidan, maliyyə naziri Mehmet Şimşek, milli müdafiə naziri Yaşar Güler, səhiyyə naziri Fahrettin Koca, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır müşayiət edir.