Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi

erdogan-kilicdaroglunu-mehkemeye-verdi
Oxunma sayı: 3241

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu məhkəməyə verib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın açıqlama yayıb.

O bildirib ki, Kılıçdaroğlu yanvarın 26-da Tvitterdə paylaşdığı videoda Prezident Ərdoğanın ünvanına əsassız ittihamlar səsləndirərək, hüquqlarını kobud şəkildə pozub.

Vəkil qeyd edib ki, Ankara Baş Prokurorluğunda müxalifət liderinə qarşı "prezidenti təhqir etmək" iddiası ilə cinayət işi açılıb.

H.Aydın həmçinin Kılıçdaroğluna qarşı Ankara Mülki Məhkəməsində 250 min lirəlik təzminat iddiasının da açıldığını deyib.