Həmin sürücü 25 sutkalıq həbs edildi - Video

hemin-surucu-25-sutkaliq-hebs-edildi
Oxunma sayı: 1087

Narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsi məlumat yayıb.

Bildirilib ki, buna səbəb sürücünün yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratması olub.

Belə ki, “Khazar” markalı 77-GQ-602 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Eltun Həşimovun sənədləri yoxlanılan zaman onun hərəkətləri şübhə doğurub. Bu səbəbdən də onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı E.Həşimovun narkotik vasitə qəbul etməsi də müəyyənləşib.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə E.Həşimovun nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 25 sutka inzibati qaydada həbs edilib.