44 yaşlı usta emalatxanada öldü

44-yasli-usta-emalatxanada-oldu
Oxunma sayı: 573

Bakıda usta işlədiyi emalatxanada ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə iyunun 15-də saat 16 radələrində Binəqədinin Xocəsən qəsəbəsində yerləşən taxta emalatxanasında qeydə alınıb.

Orada çalışan 1982-ci il təvəllüdlü Ağsu sakini – Balakişi Hacıyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

İlkin ehtimala görə, o, ürək çatışmazlığından vəfat edib.

Faktla bağlı araşdırmalar aparılır.