Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi oldu

cavid-huseynov-araz-naxcivanin-bas-mesqcisi-oldu
Oxunma sayı: 390

“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlanıb.

“Qafqazinfo” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifəyə Cavid Hüseynov təyin edilib. Mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, C. Hüseynov məşqçi kimi “Şamaxı” klubunda fəaliyyətə başlayıb. “Cəbrayıl”, “Turan Tovuz” klublarında da çalışan 38 yaşlı mütəxəssis bir müddət “Səbail”in də baş məşqçisi olub.