Erməni aktivist İlham Əliyevə müraciət etdi

Erməni aktivist İlham Əliyevə müraciət etdi
Oxunma sayı: 5053

Erməni aktivist İşxan Verdyan Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, müraciətini feysbuk hesabı üzərindən ünvanlayan İşxan Verdyan Azərbaycan Prezidentindən Robert Koçaryan və Serj Sarksiyanın Azərbaycana ekstradisiya edilməsi üçün tədbir görməyi xahiş edib.

“Ermənistan vətəndaşı İşxan Verdyandan Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə müraciət.

Hörmətli cənab Prezident

Nəzərinizə çatdırıram ki, Robert Koçaryan və Serj Sarkisyan hazırda Ermənistan Respublikasının ərazisindədirlər. Onlar həmişəki quldur və terrorçu metodlarla hərəkət edərək dağıdıcı fəaliyyətləri ilə Azərbaycan və Ermənistana ziyan vurmağa davam edirlər. Sizdən sözügedən şəxslərin Azərbaycan Respublikasına ekstradisiyası üçün bütün zəruri tədbirləri görməyi xahiş edirəm.

Hörmətlə, İşxan Verdyan, Ermənistan vətəndaşı”,- deyə müraciətdə qeyd olunub.