Ermənilər Azərbaycan MN-in adına saxta hesab açıb

Ermənilər Azərbaycan MN-in adına saxta hesab açıb
Oxunma sayı: 1747

Ermənistan tərəfindən Azərbaycan Müdafiə Nazirliyi adına saxta tvitter hesabı açılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Ermənistan tərəfindən Azərbaycan Müdafiə Nazirliyi adına saxta tvitter hesabı açılıb:

“Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və bu https://twitter.com/Mod saxta hesabın bağlanılması üçün şikayət etməyə çağırırıq. Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi "twitter" hesabı bu linkdədir: https://twitter.com/wwwmodgovaz”.