Ermənilər Kəlbəcərdə ev və meşələri yandırıb çıxırlar - Video

Ermənilər Kəlbəcərdə ev və meşələri yandırıb çıxırlar
Oxunma sayı: 8575

Noyabrın 10-da Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanmış üçtərəfli bəyanata əsasən ermənilər 15 noyabra qədər Kəlcəbəri tərk etməlidir.

“Qafqazinfo”nun məlumatına görə, düşmən 2 gün sonra tam boşaltmalı olduğu Kəlbəcər şəhərində ekoloji terrorlar törətməyə başlayıb. Onlar gedərkən ev və meşələri yandırırlar.

Bu barədə “Sputnik Ermənistan” saytında da yazı dərc olunub. KİV orqanı “Kəlbəcərdən gələn yol maşınlarla doludur: ermənilər evləri yandırır və torpaqları tərk edirlər” başlıqlı xəbərdə yanğından video da paylaşıb. Bununda da ermənilər Azərbycanın işğal altında olan torpaqlarında vandalizm əməlləri törətdiklərini özləri bir daha sübut ediblər.