Ermənistan Hindistandan “Akash” kompleksi ala bilər

ermenistan-hindistandan-akash-kompleksi-ala-biler
Oxunma sayı: 1862

Ermənistan Hindistandan “Akash” zenit-raket kompleksi ala bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Hindistanın “EurAsian Times” portalı yayıb. 

Məlumata görə, bu barədə məlumat rəsmi olaraq təsdiq olunmasa da, əldə edilən sənədlər sözügedən kompleksin sifarişinin artıq verildiyini güman etməyə imkan verir.

Xatırladaq ki, Ermənistan bundan əvvəl Hindistandan “Pinaka” reaktiv yaylım atəşi sistemi, “Konkurs” tankəleyhinə raket kompleksi, eləcə də 80 millimetrli haubitsalar və digər silah növləri alıb.