Ermənistan hökuməti Roma statutunu ratifikasiya üçün parlamentə göndərdi

ermenistan-hokumeti-roma-statutunu-ratifikasiya-ucun-parlamente-gonderdi
Oxunma sayı: 2382

Ermənistan hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunun ratifikasiyası layihəsini parlamentə göndərib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb. 

Bununla belə bildirilir ki, sözügedən sənəd hələ ki qanunverici orqanın saytında dərc olunmayıb. 

Qeyd edək ki, Ermənistan Roma Statutuna qoşulduqda BCM-in çıxardığı qərarlar ölkə tərəfindən də icra olunmalı olacaq. İrəvan bu barədə niyyətini bəyan etdikdə Rusiya XİN açıqlama yayaraq Ermənistanın bu qərarının qəbuledilməz olduğunu bildirib. Belə ki, BCM mart ayında Rusiya Prezidenti Vladimir Putini Ukraynada törədilmiş hərbi cinayətlərə görə cavabdeh olmaqda ittiham edərək həbsinə order verib. Putin Ermənistana səfər edərsə, Roma Statutuna əsasən, bu ölkədə həbs olunmalıdır.