Ermənistan Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini qüvvədə saxladı

ermenistan-konstitusiya-mehkemesi-parlament-seckilerinin-neticelerini-quvvede-saxladi
Oxunma sayı: 279

Ermənistanın Konstitusiya Məhkəməsi 7 iyunda keçirilən parlament seçkilərinin nəticələrini qüvvədə saxlamaq barədə qərar qəbul edib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məhkəmə iclasında məlumat verilib.

“Konstitusiya Məhkəməsi müxalifət partiyalarının apelyasiya şikayətlərinə baxdıqdan sonra parlament seçkilərinin nəticələrini etibarsız hesab etməkdən imtina edib”, - məlumatda deyilir.