Ermənistan öz ərazisində KTMT təlimlərini keçirməkdən imtina etdi

ermenistan-oz-erazisinde-ktmt-telimlerini-kecirmekden-imtina-etdi
Oxunma sayı: 2462

“Ermənistan bu il ölkədə KTMT-nin təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etmir”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, bu məsələ ilə bağlı müəyyən anlaşılmazlıq var: “Belə ki, Ermənistanın müdafiə naziri artıq KTMT-nin Birləşmiş Qərargahına bildirib ki, Ermənistan tərəfi bu il ölkədə təlimlərin keçirilməsini məqsədəuyğun hesab etmir. Bu təlimlər baş tutmayacaq”.

Qeyd olunur ki, Rusiya Müdafiə Nazirliyi KTMT-nin “Sarsılmaz qardaşlıq-2023” təlimlərinin bu il Ermənistanda keçiriləcəyini açıqlayıb