Ermənistan parlamentində dava - Video

ermenistan-parlamentinde-dava
Oxunma sayı: 3856

Bu gün Ermənistan parlamentində hökumətin 2021-2026-cı illər üzrə fəaliyyət proqramı müzakirə edilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda fasilə zamanı siyasətçilər arasında mübahisə yaranıb.

Bu zaman mübahisə foyedən çəkiliş aparan erməni KİV nümayəndələrinin gözündən yayınmayıb. Bildirilir ki, mübahisə Ermənistan parlamentinin sədri Alen Simonyan, “Vətəndaş müqaviləsi” partiyasından olan vitse-spikerləri ilə “Ermənistan” blokunun sədri Seyran Ohanyan və blokun katibi Arçvik Minasyan arasında olub. Mübahisənin hansı səbəbdən baş verdiyi açıqlanmayıb.

Bununla yanaşı, deputatlarla parlamentin təhlükəsizlik xidmətinin əməkdaşları arasında dava meydana gəlib. Belə ki, "Şərəfim var" partiyasının deputatı Anna Mkrtçyan "Vətəndaş müqaviləsi" partiyasının millət vəkillərini "kapitulyant"ın tərəfdarları adlandırıb. Bunun ardınca isə Alen Simonyan mühafizəçilərə Anna Mkrtçyanı iclas zalından çıxarmağı tapşırıb. "Ermənistan" və "Şərəfim var" partiyalarının millət vəkilləri Mkrtçyanı dövrəyə alaraq mühafizəçilərə mane olmaq istəyiblər və nəticədə dava yaranıb.