Ermənistan parlamentində əlbəyaxa dava - Video

ermenistan-parlamentinde-elbeyaxa-dava
Oxunma sayı: 801

Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatları ilə “Güclü Ermənistan” partiyasının deputatları arasında dava düşüb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hadisə parlamentin bugünkü iclası zamanı qeydə alınıb.

Belə ki, müxalif partiyanın üzvü Edqar Kazaryan çıxışı zamanı parlamentin spikeri Ruben Rubinyanı dövlət vəsaitlərini israf etməkdə ittiham edib. Spikerin Kazaryanın çıxışının gündəlik çərçivəsindən kənara çıxdığını əsas gətirərək onun sözünü yarımçıq kəsməsi isə mübahisəyə səbəb olub. 

Bunun ardınca “Vətəndaş müqaviləsi”nin deputatı Vahe Qalumyan ilə “Güclü Ermənistan”ın deputatı Vaginak Vartano arasında gərginlik yaranıb və əlbəyaxa dava düşüb.

Rubinyanın fasilə elan etməsindən sonra təhlükəsizlik əməkdaşları hadisəyə müdaxilə ediblər.