Ermənistan Prezidenti Vensi qəbul edib

ermenistan-prezidenti-vensi-qebul-edib
Oxunma sayı: 513

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Ermənistana rəsmi səfərə edən ABŞ vitse-prezidenti Ceyms Di Venslə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan prezident administrasiyası məlumat yayıb.

V. Xaçaturyan vitse-prezidentin səfərini alqışlayıb. Görüş zamanı o, ABŞ Prezidenti Donald Trampın mühüm rol oynadığı regionda sülhün möhkəmləndirilməsinin vacibliyini qeyd edib.

Həmçinin yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişlənməsinə və ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə töhfə verdiyi vurğulanıb.