“Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb” - Putin

ermenistan-qarabagi-azerbaycanin-terkib-hissesi-kimi-taniyib
Oxunma sayı: 2436

“Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin jurnalistlərlə mətbuat konfransında deyib.

O, Ermənistanın MDB, Aİ və KTMT-dən mümkün çıxmasının onun maraqlarına uyğun ola biləcəyini də düşünmür.

Bununla belə, Putin Ermənistanın Baş naziri Nikol Paşinyanın və respublikanın digər rəhbərlərinin təşkilatların iclaslarında iştirak etməməsi ilə bağlı suala cavab verib:

“Biz bilirik ki, bu, Ermənistandakı müəyyən proseslərlə bağlıdır və bu inteqrasiya birliklərində işi davam etdirmək istəyi və ya istəməməsi ilə bağlı deyil”.

Putin əlavə edib ki, Rusiya hakimiyyəti vəziyyətin bundan sonra necə inkişaf edəcəyini görəcək.

Qeyd edək ki, bundan əvvəl Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının rəhbəri Sarqis Xandanyan bildirib ki, Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsi imzalamağı mümkün hesab edir.