“Azərbaycan Hava Yolları” (AZAL) bu gündən etibarən Dubay istiqamətində uçuşları bərpa edib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı AZAL sosial media hesablarında məlumat yayıb.
Bildirilib ki, uçuşlar həftənin hər günü həyata keçiriləcək.
Xatırladaq ki, fevralın 28-i Yaxın Şərqdə baş verən son hadisələr ilə bağlı hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL tərəfindən Dubay, Doha, Ciddə və Təl-Əviv istiqamətləri üzrə həyata keçirilən uçuşlar dayandırılmışdı.
Son xəbərlər
Son Xəbərlər