“Ermənistan regional və iqtisadi kommunikasiyaların açılmasında maraqlıdır”.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan İrəvanda iraqlı həmkarı Əbdüllətif Camal Rəşidlə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ermənistan bu kommunikasiyaları tez bir zamanda açmağa hazırdır.