Xəbər verdiyimiz kimi, Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara keçid məntəqəsinin yaxın vaxtlarda açılacağı ilə bağlı məlumatlar yayılıb.
“Qafqazinfo”nun məlumatına görə, Ermənistan Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı xəbərləri şərh edib.
Nazirliyin mətbuat katibi Ani Badalyan “Armenpress”ə bildirib ki, hazırda Ermənistan və Türkiyə arasında sərhəd-keçid məntəqəsinin açılması ilə bağlı heç bir irəliləyiş yoxdur.
“Bununla bağlı hər hansı bir yenilik olarsa, məlumat verəcəyik”, - deyə Badalyan qeyd edib.