Ermənistanda dini telekanal bağlandı

ermenistanda-dini-telekanal-baglandi
Oxunma sayı: 265

Ermənistanda dini verilişlər yayımlayan “Şoqakat” telekanalının fəaliyyəti dayandırılır. 

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə qərar Ermənistan hökumətinin bugünkü iclasında qəbul edilib. 

Qərar “Audiovizual media haqqında” qanuna daha əvvəl təsdiqlənmiş dəyişikliklər əsasında qəbul edilib. 

Qeyd edək ki, sözügedən kanalın yayımını həyata keçirən “Mənəvi-mədəni ictimai televiziya şirkəti” QSC 2011-ci ilin fevralında yaradılıb. Televiziya şirkətinin əsas vəzifəsi dini və mədəni proqramların yayımlanması olub.